Nailiyyətlər2019-dan bəri dəyər çatdırırıq
Satılan məhsul (Tonla)
0
k
Ölkə
0
+
Məhsul növü
0
+
We share the purity of nature and the richness of the soil with you.
Azerfruit – your destination for fresh and high-quality products with 6 years of experience.
Təbiətin təmizliyini və torpağın bərəkətini qoruyaraq, meyvə, tərəvəz və bitkiləri diqqətlə seçir və təqdim edirik.
"Azərfruit" şirkəti Azərbaycanın məhsuldar torpaqlarında yetişən təbii və yüksək keyfiyyətli tərəvəzlərin beynəlxalq bazarlara ixracını həyata keçirir. Müasir qablaşdırma və logistika sistemi sayəsində məhsullarımız təzəliyini və faydalılığını qoruyaraq xarici istehlakçılara çatdırılır.
“Azerfruit” Azərbaycanın təbii sərvətləri olan meyvə və tərəvəzlərin dünyaya tanıdılmasına xidmət edən ixrac platformasıdır. Biz artıq 5 ildir ki, yerli bazarda yetişdirilən, yüksək keyfiyyətli və orqanik məhsulların xarici bazarlara çatdırılması ilə məşğuluq. Azərbaycanın məhsuldar torpaqları və günəşli iqlimi sayəsində yetişən meyvə-tərəvəzlər, dad və qida dəyərləri baxımından seçilir.
“Azerfruit” olaraq biz bu təbiiliyi və keyfiyyəti qoruyaraq, təzə məhsulları təhlükəsiz və səmərəli şəkildə dünyanın müxtəlif ölkələrinə çatdırırıq. Bu sahədə ölkəmizdə ixtisaslaşmış ilk şirkətlərdən biri olaraq, həm məhsulun mənşəyinə, həm də müştəri məmnuniyyətinə böyük önəm veririk. Seçdiyimiz bütün məhsullar, yerli fermerlərdən birbaşa alınır və müasir qablaşdırma, logistika sistemləri vasitəsilə ixrac edilir. Bizim missiyamız Azərbaycanın kənd təsərrüfatı məhsullarını beynəlxalq arenada tanıtmaq, təbiətin verdiyi nemətləri dünyaya çatdırmaq və bu sahədə ölkəmizi ən yüksək səviyyədə təmsil etməkdir. Azerfruit – təbiətin dadı, dünyaya çıxan yolunuz.
Azərbaycanın məhsuldar torpaqlarında yetişən meyvə, tərəvəz və bitkiləri diqqətlə seçir, keyfiyyət və təbiiliyi qoruyaraq sizlərə təqdim edirik.